cover

Leyla - Zamiq Huseynov

Leyla-Zamiq Huseynov.mp3
作词 : Nurlana Cəfərova 作曲 : Faiq Sücəddinov Olu...
作词 : Nurlana Cəfərova
作曲 : Faiq Sücəddinov
Olur ki, bəzən gecə tez keçir
Ay gizlənir qaranlıq səmada
Ən xoş duyğular fikrimə gəlir
Səni düşünüb, yada salanda

Olur ki, bəzən gecə gec keçir
Ay gizlənir qaranlıq səmada
Ən xoş duyğular fikrimə gəlir
Səni düşünüb, yada salanda

Bilirsən, sevirəm, mən səni sevirəm
Əminəm, bilirəm, sevirəm

Leyla, cahanda çıxan günəşsən, sevirəm səni
Leyla, aydın səmatək təmizsən, mənə əzizsən
Leyla, sən həyat eşqimsən mənim, mələk kimisən
Bilirsən, sevirəm, etiraf edirəm
Mən səni sevirəm, Leyla

Gözüm axtarır səni hər yanda
Sənsiz istəmirəm gəlsin sabah
Hər gün həyatıma bir bəzəksən
Ətrinə doymadığım çiçəksən

Gözüm axtarır səni hər yanda
Sənsiz istəmirəm gəlsin sabah
Hər gün həyatıma bir bəzəksən
Ətrinə doymadığım çiçəksən

Bilirsən, sevirəm, mən səni sevirəm
Əminəm, bilirəm, sevirəm

Leyla, cahanda çıxan günəşsən, sevirəm səni
Leyla, aydın səmatək təmizsən, mənə əzizsən
Leyla, sən həyat eşqimsən mənim, mələk kimisən
Bilirsən, sevirəm, etiraf edirəm
Mən səni sevirəm, Leyla
展开